Bank Of Baku

Lənkəranda tələbəni maşın vurub

Lənkəranda tələbəni maşın vurub
# 30 oktyabr 2023 11:22 (UTC +04:00)

Lənkəranda piyadanı maşın vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərinin Hənifə Abdullayev küçəsi-15 ünvanında qeydə alınıb. Lənkəran şəhər sakini 1980-ci il təvəllüdlü Malik Zəkəriyyə oğlu Əsgərov idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, Salyan şəhər sakini, 2005-ci il təvəllüdlü Jalə Rafət qızı Eyvazlını vurub. Xəsarət alan şəxs dərhal Lənkəran şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

J.Eyvazlının Lənkəran Dövlət Universitetinin 2-ci kurs tələbəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR