Lerikdə çöl donuzu ovlayan şəxs saxlanılıb

Lerikdə çöl donuzu ovlayan şəxs saxlanılıb
# 08 dekabr 2023 13:13 (UTC +04:00)

Lerikdə qanunsuz çöl donuzu ovu ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA - nın cənub bürosuna verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon sakini E.Vəliyevin Günəşli kəndindəki meşəlik ərazidə axşam saatlarında qanunsuz çöl donuzu ovladığı müəyyən edilib.

Ondan 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl donuzu aşkarlanıb.

Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR