Bank Of Baku

Lerikdə dağın yamacından silah-sursat aşkarlanıb - FOTO

Lerikdə dağın yamacından silah-sursat aşkarlanıb - FOTO
# 30 noyabr 2023 08:34 (UTC +04:00)

Lerik Rayon Polis Şöbəsinə rayonun Lüləkəran kəndi ərazisində dağın yamacından silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən 1 ədəd "AKS" markalı, 1 ədəd isə "AKM" markalı olmaqla ümumilikdə 2 ədəd avtomat və 5 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, Lerik RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində aparılan əməliyyat tədbirləri nəticəsində 1 nəfər rayon sakinindən lüləsi kəsilmiş ov tüfəngi, 5 nəfər rayon sakinindən isə müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR