Masallıda yol nəqliyyat hadisəsi baş verib.
APA - nın cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında rayonun Sərçuvar kəndi ərazisində qeydə alınıb. Lerik - Bakı istiqamətində, Ələt-Astara magistralında hərəkətdə olan "Mercedes VİTO" markalı minik avtomobili qəzaya uğrayıb. Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Masallı rayon mərkəzi xəstəxanasından APA - ya bildirilib ki, 04.04.2024 il, saat 07:40 tarixdə avtoqəza nəticəsində xəsarət alan 4 nəfər - 1953 - cü il təvəllüdlü Mirzəyeva Gülxar Əzizan qızı, 1964 - cü il təvəllüdlü Sucayeva Gülnisə Seyid qızı, 1979 - cu il təvəllüdlü Zülifiyev Dilqəm Akif oğlu və 1998 - ci il təvəllüdlü Həsənzadə Elçin Alışan oğlu xəstəxanaya qəbul olunublar. Elçin Həsənzadəyə yardım olunduqdan sonra digər xəstəxanaya təxliyə olunub. Dilqəm Zülfiyevin müalicəsi isə reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.