Bank Of Baku

Masazır-Novxanı yolundakı qəzada xəsarət alan sürücü ölüb - FOTO - YENİLƏNİB

Masazır-Novxanı yolundakı qəzada xəsarət alan sürücü ölüb - FOTO  - YENİLƏNİB
# 16 dekabr 2023 09:30 (UTC +04:00)

Abşeron rayonu, Masazır-Novxanı yolunda baş verən qəzada xəsarət alan sürücü vəfat edib.

APA xəbər verir ki, duz gölünün kənarında qeydə alınan qəzada xəsarət alan "VAZ 21099" markalı avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Quliyev Namiq Abbasqulu oğlu dünyasını dəyişib.

Qeyd edək ki, ötən gün axşam saatlarında duz gölünün kənarında idarəetməni itirən "KIA" markalı nəqliyyat vasitəsi "VAZ 21099" markalı maşınla toqquşub.

***

15 dekabr, 21:46

Abşeron rayonu, Masazır-Novxanı yolunda qəza baş verib.

APA xəbər verir ki, hadisə duz gölünün kənarında qeydə alınıb.

İdarəetməni itirən "KIA" markalı nəqliyyat vasitəsi "VAZ 21099" markalı maşınla toqquşub.

Nəticədə üç nəfər yaralanıb, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR