Bank Of Baku

Milli Qəhrəmanın qardaşı: "Ermənilər Meşəlidə şəhid olmuş qardaşımın nəşini yandırdılar"

Milli Qəhrəmanın qardaşı: "Ermənilər Meşəlidə şəhid olmuş qardaşımın nəşini yandırdılar"
# 18 oktyabr 2023 11:00 (UTC +04:00)

"Ermənilər Meşəlidə qardaşımın nəşini yandırmışdılar".

APA xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmədə zərərçəkmiş şəxs deyib.

Prosesdə zərərçəkmiş şəxs qismində ifadə verən Ədalət Salmanov bildirib ki, Meşəli hadisələri olan gün səhər saatlarında kəndə hücum edilib: "Hadisə zamanı Armais adlı erməni səsgücləndirici ilə Azərbaycan dilində müraciət edirdi. Uşaq, qoca demədən hamıya hücum elədilər. Mənim maşınımı Daşbulaq tərəfə gedəndə yandırdılar. Bunlar hamısı sevinirdi. Bu işlərə Armais, Qarok və Vaqif rəhbərlik edirdi. Hadisə günü kənddən yaralıların bir hissəsini çıxarmışdıq. Kənddə qayıdanda gördüm ki, evimizi yandırıblar".

Daha sonra zərərçəkmiş şəxs qismində dindirilən Fazil Hacıyev deyib ki, Meşəli hadisələrində bir evdən 5 nəfəri yandıran məhz Vaqif olub: "Dekabrın 23-də səhər saatlarında kəndə hücum etdilər. Bunlar qonşu kənddən bütün yolları bağlamışdılar. Bizim bir çıxış yolumuz Laçın yoluydu. Bunlar vəhşiliyə keçdilər, bir evdən 5 nəfəri diri-diri yandırdılar. Başçılarından biri də Vaqif idi. Cinayətkarın böyüyüdür, buna ən ağır cəza verilsin".

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Arzu Rüstəmov isə deyib ki, onun qardaşı Meşəli kəndində öldürülüb: "Qardaşım Hidayət Rüstəmov polis nəfəri kimi kəndə ezam olunub. O şəhid olandan sonra nəşini yandırmışdılar. Qardaşım Mirpaşa ləqəbi ilə tanınırdı. Ağdamdan gedən polis uşaqlar onun meyitini tapıb gətirdilər. Sabahı kül olmuş nəşini dəfn elədik. Sonradan qardaşım Milli Qəhrəman adına layiq görüldü".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR