Bank Of Baku

Minalı əraziyə daxil olmaq istəyən 8 nəfər saxlanılıb

Minalı əraziyə daxil olmaq istəyən 8 nəfər saxlanılıb
# 16 oktyabr 2023 18:22 (UTC +04:00)

Minalı əraziyə daxil olmağa cəhd edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan APA-ya bildirilib ki, Tərtər rayonundan digər istiqamət üzrə mina və insan həyatı üçün təhlükəli maddələrdən təmizlənməyən əraziyə daxil olmağa cəhd edən 8 nəfər DİN əməkdaşları tərəfindən müəyyən edilib.

Oktyabrın 15-də günün qaranlıq saatlarında təhlükəli əraziyə daxil olan şəxslər saxlanılaraq polis orqanına gətiriliblər.

Onlar barəsində müvafiq qaydada protokollar tərtib edilib. Tərtib edilən protokollara baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR