Bank Of Baku

Mingəçevirdə silah-sursat aşkarlanıb

Mingəçevirdə silah-sursat aşkarlanıb
# 14 dekabr 2023 19:20 (UTC +04:00)

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, son 2 gün ərzində keçirilən əməliyyatlar zamanı şəhər ərazisindən 2 ədəd qumbara, 90 ədəd avtomat patronu və 4 ov tüfəngi aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə şəhər sakinləri iki ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR