Bank Of Baku

Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü saxlanılıb

Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü saxlanılıb
# 28 oktyabr 2023 10:32 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində yerləşən YPX postunda “Ford transit” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sürücü, Sumqayıt şəhər sakini S.Mustafayevin narkotik vasitənin təsir altında olması müəyyən olunduğundan barəsində protokol tərtib edilib.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı isə oradan metamfetamin və marixuana aşkar olunaraq götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR