Babək rayon Cəhri qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə Babək rayon Cəhri qəsəbəsində baş verib
Hərəkətdə olan minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü, İmanov Xaliq Eldar oğlu ölüb. Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.