Bank Of Baku

Naxçıvanda bu il 292 yanğına çıxış qeydə alınıb

Naxçıvanda bu il 292 yanğına çıxış qeydə alınıb
# 16 dekabr 2023 17:00 (UTC +04:00)

Naxçıvanda bu il 292 yanğın hadisəsinə çıxış qeydə alınıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin inzibati binasında keçirilən tədbirdə Böhran Vəziyyətlərində İdarəetmə İdarəsinin rəisi polkovnik Əsgər İsmayılov məlumat verib. Onun sözlərinə görə, 33 yanğın hadisəsi icraata götürülərək təhqiqatları aparılıb:

"İl ərzində müxtəlif mövzularla, o cümlədən yanğın, partlayış, avtoqəza və digər məsələlərlə bağlı Nazirliyin "112" qaynar telefon xəttinə ümumilikdə 119 min 763 zəng daxil olub və müraciətlərə operativ olaraq reaksiya verilməsi təmin edilib. Muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən obyektlərdə 6000-dən artıq yoxlama keçirilib.

Dövlət sənаyе və dаğ-mədən işlərində tехniki təhlükəsizliyin təmin оlunmаsı məqsədilə 82 müəssisədə 1639 nəfər işçi maarifləndirilib, 39 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilib, 80 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatından çıxarılıb, 55 texnoloji nəqliyyat vasitəsinin texniki pasportunda müvafiq dəyişikliklər edilib. 85 təhlükə pоtеnsiallı оbyеktə texniki təhlükəsizliyə əməl olunması məqsədilə baxış kеçirilib və 55 təhlükə pоtеnsiallı оbyеktdə mühafizə işinin təşkili yoxlanılıb. Mülki müdаfiə təyinаtlı zirzəmilərin hazır vəziyyətdə saxlanılması məqsədilə zirzəmilərin vəziyyətinə baxılıb.

Dövlət nəzarəti zamanı 107 obyektə tikinti işləri dayandırılmadan yol verilmiş pozuntuların aradan qaldırılması barədə göstəriş, 48 obyektə təkrar göstəriş və 29 obyektə isə tikinti işlərinin dayandırılması barədə qərar verilib. 23 yaşayış sahəsinin təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsi ilə bağlı təqdim olunan layihələrə uyğun yaşayış sahələrinə baxış keçirilib və hazırlanan layihə əsasında aparılması nəzərdə tutulan işlər yerində təhlil olunub.

Muxtar respublika ərazisində mövcud olan 62 qeyri-yaşayış obyektinin müayinə olunması ilə bağlı Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə edilən müraciətlərə aidiyyəti üzrə baxılıb.

Cari ildə həmçinin Uzunoba çimərliyində əhalinin istirahətinin təhlükəsizliyini təmin etmək üçün dalğıc heyəti gündəlik xidmət aparıb, xidmətin təşkili zamanı heç bir suda boğulma təhlükəsi qeydə alınmayıb, çimərlik mövsümündə 10 min 396 nəfər vətəndaşın təhlükəsiz istirahəti təmin edilib. Muxtar respublika ərazisinə yağan intensiv yağışlar nəticəsində 63-ə qədər fərdi yaşayış evi və 10-a yaxın obyektdə suçəkmə işləri aparılıb və suyun çəkilməsi üçün 223 nəfər şəxsi heyət, 16 texnika, 15 motopompa, 6 su nasosu cəlb olunub".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR