Naxçıvanda dörd tələbə qız dəm qazından zəhərlənib

Naxçıvanda dörd tələbə qız dəm qazından zəhərlənib
# 28 noyabr 2023 10:40 (UTC +04:00)

Naxçıvanda kirayə qalan tələbə qızlar dəm qazından zəhərlənib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün qeydə alınıb. Naxçıvanda təhsil alan və kirayədə qalan - 2004-cü il təvəllüdlü, Şərur rayon sakinləri - Seyidova Nərmin Kamil qızı (Naxçıvan Dövlət Universiteti), 2006-cı il təvəllüdlü Baxşıyeva Salatın Hikmət qızı (Naxçıvan Texniki Kolleci), 2006-cı il təvəllüdlü İmanova Zəhra Rüzgar qızı (Naxçıvan Texniki Kolleci) və 2006-cı il təvəllüdlü Həsənova Sədaqət Məmməd qızı dəm qazından zəhərləniblər.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR