Bank Of Baku

Naxçıvanda həbsdə olan şəxsin gizlətdiyi silah tapılıb

Naxçıvanda həbsdə olan şəxsin gizlətdiyi silah tapılıb
# 16 dekabr 2023 15:07 (UTC +04:00)

Naxçıvanda həbsdə olan şəxsin gizlətdiyi silah tapılıb.

APA-nın Naxçıvan bürosunun xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin, Şərur Rayonu Polis İdarəsinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidməti İstintaq Təcridxanasının əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur Rayonu Aşağı Yaycı kənd sakini, 1960-cı il təvəllüdlü Zeynalov Səyyub Əziz oğlundan 1 ədəd Avtomat Kalaşnikov markalı odlu silah götürülüb. Keçirilmiş tədbir zamanı Səyyub Zeynalovun həmin silahı Şərur Rayonu Şahbulaq kəndi ərazisində dağlıq ərazidə saxladığı müəyyən edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR