Bank Of Baku

Naxçıvanda su kanalından meyit çıxarılıb

Naxçıvanda su kanalından meyit çıxarılıb
# 15 oktyabr 2023 09:26 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çomaxtur kəndində su kanalında müşahidə olunan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, FHN-nin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR