Bank Of Baku

Nazir: Azad edilmiş ərazilərin minadan təmizlənməsi işləri fasiləsiz davam edir, robotlar tətbiq edilir

Nazir: Azad edilmiş ərazilərin minadan təmizlənməsi işləri fasiləsiz davam edir, robotlar tətbiq edilir
# 16 dekabr 2023 16:21 (UTC +04:00)

Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı xüsusi təyinatlı hərbi hissəsi tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri fasiləsiz davam etdirilir.

APA xəbər verir ki, bunu Fövqəladə Hallar naziri Kəmallədin Heydərov FHN-in yaranmasının 18-ci ildönümü münasibətilə təntənəli iclasda deyib.

Nazir bildirib ki, bu işlərdə ölkə başçısının diqqət və qayğısı sayəsində alınmış ən müasir minatəmizləyən robotlar da tətbiq olunur:

“İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi daim nəzarətdə saxlanılıb, baş verən yanğınların operativ söndürülməsi təmin edilib. Nazirliyin nəzarət qurumları tərəfindən ərazilərdə aparılan yenidənqurma layihələri ilə əlaqədar müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR