Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Orta Zəyzid kəndində baş verib.
Oğuz rayon sakini, 1973-cü il təvəllüdlü Asif Akif oğlu Həsənov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə yol kənarındakı çuxura düşüb.
Qəza zamanı sərnişin, Oğuz rayon sakini - 66 yaşlı Hüseyn Məhəmməd oğlu Hacıyev aldığı müxtəlif xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.