Bank Of Baku

Oğuzda 36 yaşlı kişini döyən şəxs müəyyən olunub - YENİLƏNİB

Oğuzda 36 yaşlı kişini döyən şəxs müəyyən olunub - YENİLƏNİB
# 28 oktyabr 2023 15:27 (UTC +04:00)

Oğuzda 36 yaşlı kişini döyən şəxs müəyyən olunub.

DİN -in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, zərərçəkmişin xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub. Nicat Abbasova xəsarət yetirən şəxsin kimliyi müəyyən olunub. Faktla bağlı təhqiqat araşdırmaları aparılır.

***

09.40

Oğuzda 36 yaşlı kişi döyülüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, oktyabrın 27-dən 28-nə keçən gecə 1987-ci il təvəllüdlü Tərtər rayon sakini Nicat Yaşar oğlu Abbasov bədənin küt travmaları ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Oğuz RMX-da N. Abbasova ilkin yardım göstərildikdən sonra müayinəsini davam etdirmək üçün Şəki RMX-a göndərilib.

N. Abbasova hansı şəraitdə və kim tərəfindən xəsarət yetirilməsi Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR