Bakının Binəqədi rayonunda ağır yol qəzası olub.
APA xəbər verir ki, hadisə Binəqədəi-Balaxanı yolunda baş verib.
“Toyota Prius” markalı avtomobil ötmə əməliyyatı zamanı ağır tonnajlı yük maşını ilə toqquşub.
Nəticədə minik maşınının sürücüsü ölüb, sərnişini İmanzadə Elşad isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.