Bank Of Baku

Prokuror: Xırdalanda azyaşlıların özünü binadan atmasının bir-biri ilə əlaqəsi yoxdur

Prokuror: Xırdalanda azyaşlıların özünü binadan atmasının bir-biri ilə əlaqəsi yoxdur
# 22 dekabr 2023 12:37 (UTC +04:00)

İntiharların rezonans hadisə kimi təqdim edilməsi məqsədəuyğun deyil.

APA xəbər verir ki, bunu Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov deyib. O, Abşeron Rayon Prokurorluğunda keçirilən “Açıq qapı günü”ndə bildirib ki, azyaşlıların özünü binadan ataraq intihar etməsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olub:

"Xırdalanda azyaşlıların özünü binadan atmasının bir-biri ilə əlaqəsi yoxdur. Onlar ayrı-ayrı məktəblərdə oxuyublar. İntiharların rezonans hadisə kimi təqdim olunması növbəti dəfə eyni cür özünəqəsdlərə gətirib çıxarır”.

Xatırladaq ki, bu ilin avqust-sentyabr aylarında Xırdalan şəhərində 3 yeniyetmə qızdan 2-si özünü eyni binadan ataraq intihar edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR