Bank Of Baku

Prokurorluq Salyanda iki hərbçinin dəm qazından boğularaq ölməsini araşdırır

Prokurorluq Salyanda iki hərbçinin dəm qazından boğularaq ölməsini araşdırır
# 04 dekabr 2023 11:39 (UTC +04:00)

Baş Prokurorluq Salyanda iki nəfərin dəm qazından boğularaq ölməsi barədə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, dekabrın 3-də Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 nəfər hərbi qulluqçumuzun dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə dekabrın 3-də Salyan şəhərində qeydə alınıb. Kirayədə yaşayan 25 və 28 yaşlı iki kişi evdə dəm qazından boğularaq ölüb.

Bədbəxt hadisə nəticəsində ölənlərin Sabirabad sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu və Neftçala sakini, 1995-ci il təvəllüdlü Ağamməmmədov Urufət Oruc oğlu olduğu məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR