Bank Of Baku

Prokurorluq Suraxanıda yeniyetmənin cərəyan vurması nəticəsində ölməsini araşdırır

Prokurorluq Suraxanıda yeniyetmənin cərəyan vurması nəticəsində ölməsini araşdırır
# 20 oktyabr 2023 18:01 (UTC +04:00)

Prokurorluq Suraxanıda yeniyetmənin cərəyan vurması nəticəsində ölməsi faktını araşdırır.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, oktyabrın 18-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində elektrik cərəyanı vurması nəticəsində xəsarət alan 2008-ci il təvəllüdlü Tunar Bayramovun növbəti gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Bİləsuvar rayon sakini, 2008-ci il təvəllüdlü Tunar Rəşad oğlu Bayramovu Yeni Günəşli qəsəbəsi ərazisində yaşadıqları mənzildə elektrik cərayanı vurub. Məktəbli aldığı xəsarətlərdən ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR