Qaradağda dəmir yolu relsini oğurlamağa cəhd göstərən dəstə saxlanılıb

Qaradağda dəmir yolu relsini oğurlamağa cəhd göstərən dəstə saxlanılıb
# 09 dekabr 2023 10:55 (UTC +04:00)

Dəmir yolu relsini oğurlayan dəstə saxlanılıb.

Daxili İşlər nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dekabrın 8-də saat 16 radələrində Qaradağ rayonu Qobustan dəmir yolu stansiyası ərazisindən 500 metr relsi sökərək oğurlamağa cəhd göstərən 4 nəfər Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onların Kəlbəcər rayon sakini İ.Əliyev, İsmayıllı rayon sakini R.Kərimov, Ağstafa rayon sakinləri N.Hüseynov və A.Məmmədov olmaları müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR