Qardaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qardaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
# 07 dekabr 2023 04:28 (UTC +04:00)

Dekabrın 7-də saat 01 radələrində Binəqədi rayonu Xocasən qəsəbəsində 1965-ci il təvəllüdlü Fətəliyev Vasif Fətəli oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən V.Fətəliyevin qardaşı Bayram Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR