Bank Of Baku

Qaxda 3 maşın toqquşub, xəsarət alan var - YENİLƏNİB - VİDEO

Qaxda 3 maşın toqquşub, xəsarət alan var - YENİLƏNİB  - VİDEO
# 01 dekabr 2023 14:12 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Qax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidməti Qax Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai" və "Ford" markalı iki yük avtomobili və “Москвич” markalı minik avtomobilinin toqquşması nəticəsində vətəndaş avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə sıxılı vəziyyətdə qalmış vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

***

12.48

Qaxda avtomobillər toqquşub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunda, Qax şəhərinin gürişində baş verib.

İlkin məlumata görə, avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR