Bank Of Baku

Qaxın Sarıbaş kəndinə 95 sm qar yağıb - FOTOLENT

Qaxın Sarıbaş kəndinə 95 sm qar yağıb - FOTOLENT
# 24 fevral 2023 08:32 (UTC +04:00)

Şimal-qərb bölgəsinin dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən kəndinə 95 sm qar yağıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsində yağışlı, qarlı və şaxtalı hava şəraiti höküm sürür. Ötən gün səhər saatlarından başlayaraq bölgəyə fasilələrdə qar yağır. Axşam və gecə saatlarına qarın yağması intensivləşib. Hazırda bölgənin dağlıq və dağətəyi kəndlərinə qarın yağması davam edir. Havanın hərarəti dağlıq ərazilərdə mənfi 10 dərəcəyə qədər aşağı düşüb. Axşam və gecə saatlarında yağan qar səbəbindən hazırda bölgənin Oğuz rayon mərkəzində 8-10 sm, rayonun dağətəyi kəndlərində 15 sm, Şəkinin rayon mərkəzində 8-10 sm, rayonun dağətəyi kəndlərində 10-15 sm, Qax rayon mərkəzində 5-7 sm, dağətəyi kəndlərində 25-30 sm, Zaqatalanın rayon mərkəzində 2-3 sm, dağətəyi kəndlərində 7-10 sm hündürlüyündə qar vardı.

Bölgədə ən yüksək və dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerləşən Qax rayonunun Sarıbaş kəndində hazırda qarın hündürlüyü 80 sm-dən yuxarıdı. Havanın hərarəti mənfi 10 dərəcədən aşağıdı. Artıq iki gündür ki, qar və şaxta səbəbinmdən kəndə gedən yol bağlanıb. Kəndə elektrik enerjisinin və rabitənin verilməsində problem yoxdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR