Bank Of Baku

Qazaxda piyadanı maşın vurub öldürüb - YENİLƏNİB

Qazaxda piyadanı maşın vurub öldürüb - YENİLƏNİB
# 16 dekabr 2023 22:24 (UTC +04:00)

Qazaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün 20:30 radələrində Qazax rayon Daş Salahlı kəndi ərazisində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçmək istəyərkən hərəkətdə olan VAZ-21099 markalı avtomobilin yan güzgüsünə dəymiş, daha sonra arxadan gələn Mercedes markalı avtomobil tərəfindən vurulmuşdur. Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

***

20.35

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Çaylı kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil şəxsiyyəti hələlik məlum olmayan piyadanı vurub. Piyada hadisə yerinə çağırılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR