Bank Of Baku

Qəbələdə ana və qızı bıçaqlanıb, hadisəyə görə bir qadın saxlanılıb

Qəbələdə ana və qızı bıçaqlanıb, hadisəyə görə bir qadın saxlanılıb
# 18 oktyabr 2023 11:25 (UTC +04:00)

Qəbələdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Rayon sakini, 1980-ci il təvəllüdlü Tahirova Elnarə Səfiyyədin qızı və onun 17 yaşlı qızı kəsilmiş-deşilmiş xəsarətlərlə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ana və qızına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini Salatın Əhmədiyyəzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR