Qəbələdə qohumunun evinə basqın edən maskalı şəxs yıxalaraq xəsarət alıb

Qəbələdə qohumunun evinə basqın edən maskalı şəxs yıxalaraq xəsarət alıb
# 06 dekabr 2023 16:22 (UTC +04:00)

Dekabrın 6-da səhər saatlarında Qəbələ rayonunun Zarağan kəndində maskalı naməlum şəxs evlərdən birinə daxil olaraq ev sahibini kəsici-deşici alətlə hədələyib, pul və qızıl-zinət əşyaları tələb edib.

DİN-in mətbuat xidmətinin regional qrupundan APA-nın Şirvan bürosuna bildirilib ki, ev sahibi olan qadın müqavimət göstərib və maskalı şəxsi tanıyıb. Bu zaman o, hadisə yerindən qaçmağa çalışsa da, kənd sakinləri tərəfindən saxlanılaraq polisə təhvil verilib.

Araşdırmalarla cinayət əməlini törətməkdə şübhəli bilinən, ailənin qohumu olan Daşca kənd sakini, 1988-ci il təvəllüdlü Məmmədov Rəşad Azad oğlu olması müəyyən edilib. Onun üzərindən 1 ədəd bıçaq, 1 ədəd maska, 2 cüt əlcək, 4 ədəd xamut, kapron corab aşkar olunaraq götürülüb.

O, təkrar qaçmağa cəhd edərkən yıxılaraq yüngül xəsarət alıb.

Faktla bağlı quldurluq maddəsi ilə cinayət işi qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR