Bank Of Baku

Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb - YENİLƏNİB

Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb - YENİLƏNİB
# 13 dekabr 2023 08:49 (UTC +04:00)

Dekabrın 12-si saat 20 radələrində Abşeron rayonu ərazisində 1994-cü il təvəllüdlü Arzu Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan APA-ya bildirilib ki, araşdırmalarla 1961-ci il təvəllüdlü Eynulla Quliyevin rayonun Fatmayı kəndi ərazisində kəsici-deşici alətlə Arzu Rəhimovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Eynulla Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

21.00

Dekabrın 12-də saat 20 radələrində Abşeron rayonu Fatmayı kəndində 1994-cü il təvəllüdlü Rəhimova Arzu Hacıağa qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı 1961-ci il təvəllüdlü Quliyev Eynulla Bəhlul oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR