Bank Of Baku

Qohumunun evindən 20 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Qohumunun evindən 20 min manatlıq oğurluq edən şəxs saxlanılıb
# 12 may 2026 10:52 (UTC +04:00)

Qohumunun evindən 20 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xətai rayonunda yerləşən evlərin birindən naməlum şəraitdə 15000 manat nağd pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkənin qohumu olan 30 yaşlı İ.Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən olunub ki, o, müxtəlif vaxtlarda evə daxil olaraq hissə-hissə pul və qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR