Cinayət əməlini törətməkdə şübhəli bilinən R.Zamanovun qayını 1980-ci təvəllüdlü Həsrətov Həsən Məmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə APA-ya DİN-dən bildirilib.
***
Dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində 1978-ci il təvəllüdlü Zamanov Rasim Fəxrəddin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.