Bank Of Baku

Qubada əməliyyatlarda 8 kq narkotik aşkarlanıb

Qubada əməliyyatlarda 8 kq narkotik aşkarlanıb
# 02 aprel 2024 11:52 (UTC +04:00)

Qubada mart ayında keçirilən əməliyyatlarla 8 kiloqram narkotik vasitə və 7 ədəd odlu silah aşkarlanıb.

APA DİN-in Mətbuat xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son mart ayı ərzində rayon ərazisində keçirilən əməliyyatlarla narkotiklərin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz silah saxladıqlarına görə 51 nəfər saxlanılıb.
Qanunsuz dövriyyədən 8 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Bundan başqa, əməliyyat yolu ilə 6 “Kalaşnikov” avtomatı, 1 tapança, 3 patron darağı və 23 ədəd patron aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR