Bank Of Baku

Qubada marşrut avtobusu qəzaya düşüb, yeddi nəfər yaralanıb - FOTO - ADLAR - YENİLƏNİB-1

Qubada marşrut avtobusu qəzaya düşüb, yeddi nəfər yaralanıb - FOTO  - ADLAR  - YENİLƏNİB-1
# 23 oktyabr 2023 23:37 (UTC +04:00)

Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində "VAZ 2106" markalı minik avtomobili ilə Quba-Zərdabi marşrut xətti üzrə işləyən "Mercedes" markalı mikroavtobus toqquşub.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Hadisə nəticəsində yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırmalar aparılır.

***

Saat 22:42

Quba-Xaçmaz yolunda baş verən qəzada xəsarət alanların kimliyi bilinib.

APA xəbər verir ki, xəsarət alan yeddi nəfər Quba sakinləridir.

Xəsarət alanların adları aşağıdakı kimidir:

Fəqan Zalov (14 yaş);

Elxan Zalov (32 yaş);

Tərlan Zalov (29 yaş);

Roman Bağırov (26 yaş);

Fidan Əhmədli (17 yaş);

Vüsalə Həsənova (40 yaş);

Aişə Kərimova (20 yaş).

Yaralılların müalicəsi Quba Mərkəzi Rayon Xəstəxanasında aparılır.

***

Saat 20:24

Qubada mikroavtobusla minik avtomobili toqquşub.

APA-nın Şimal bürosu xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində baş verib.

"VAZ 2106" markalı minik avtomobili ilə Quba - Zərdabi marşrutu üzrə işləyən "Mercedes" markalı mikroavtobusun toqquşması nəticəsində yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Cəfər Talıb

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR