Qubada narkotikin təsiri altında avtomobil sürən 86 sürücü saxlanılıb

Qubada narkotikin təsiri altında avtomobil sürən 86 sürücü saxlanılıb
# 02 dekabr 2023 10:29 (UTC +04:00)

Qubada narkotikin təsiri altında avtomobil idarə edən 86 sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən xəbərə görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı son 4 ay ərzində rayon ərazisində narkotik vasitənin təsiri altında avtomobil idarə edən 86 nəfər saxlanılıb.

Bütün faktlarla bağlı RPŞ-də araşdırma aparılıb, toplanmış xüsusatlar baxılması üçün Quba rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində qanunamüvafiq tədbir görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR