Qusarda piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, "Qazel" markalı avtomobil piyada - 63 yaşlı Alim Həsənovu vurub.
Nəticədə ağır xəsarətlər alan A.Həsənov ölüb.
Faktla bağlı araşdırma aparılır.