Restoranlarda oğurluq edən əcnəbi saxlanılıb

Restoranlarda oğurluq edən əcnəbi saxlanılıb
# 11 dekabr 2023 12:33 (UTC +04:00)

Nəsimi rayonu ərazisində yerləşən restoranda Bakı şəhər sakini olan bir nəfərin gödəkçəsinin cibindən 5000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.

Onun dekabrın 9-da Səbail rayonu ərazisində yerləşən restoranda daha bir nəfərin cibindən 230 manatını oğurlaması da müəyyən olunub.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR