Bank Of Baku

Sabirabad sakininin evindən silah-sursat aşkarlanıb - FOTO

Sabirabad sakininin evindən silah-sursat aşkarlanıb - FOTO
# 22 oktyabr 2023 09:58 (UTC +04:00)

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən APA-ya verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Surra kənd sakini, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurmaya görə məhkum olunmuş Seyidnəsir Əhmədov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı 1 ədəd kustar üsulla hazırlanmış tapança, 1 ədəd qələm tapança, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov silahı, 1 ədəd süngü-bıçaq və 71 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR