Sabirabadda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Nizami kəndindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobil DYP postunun qarşısında piyadanı vurub. Piyada komatoz vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.