Bank Of Baku

Sabirabadda mikroavtobusla TİR toqquşub, 6 nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Sabirabadda mikroavtobusla TİR toqquşub, 6 nəfər yaralanıb - FOTO  - YENİLƏNİB
# 24 fevral 2023 09:49 (UTC +04:00)

Sabirabadda mikroavtobusla TİR toqquşması zamanı yaralanan 6 nəfərin adı məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəzada yaralanan Füzuli rayonunun Bala Bəhmənli kənd sakini, 1998-ci il təvəllüdlü Zeynal Elçin Xanlar oğlu, Bakı sakini, 1992-ci il təvəllüdlü Salayaev Sübhan Etibar oğlu, Bakı sakini, 1973-cü il təvəllüdlü Əliyev Bərxudar Saleh oğlu, Saatlı rayon sakini, 1970-ci il təvəllüdlü Məmmədova Cavahir Əli qızı, Füzuli rayonu Bala Balabəhmənli kənd sakini, 1955-ci il təvəllüdlü Hüseynova Cəmilə Məhərrəm qızı və Füzuli rayon sakini 1958-ci il təvəllüdlü Məmmədov Tərlan Məmməd oğlu Sabirabad rayon xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, hadisə Hacıqabul-Horadiz magistralının Sabirabad rayonu ərazisindən keçən hissəsində baş verib.

***

08:38

Sabirabadda mikroavtobusla TİR toqquşub

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Horadiz magistralının Sabirabad rayonu ərazisindən keçən hissəsində baş verib. Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR