Bank Of Baku

Sabirabadda yeniyetmə 58 yaşlı kişini bıçaqlayıb - YENİLƏNİB

Sabirabadda yeniyetmə 58 yaşlı kişini bıçaqlayıb - YENİLƏNİB
# 25 oktyabr 2023 17:20 (UTC +04:00)

Sabirabadda bıçaqlanma hadisəsi olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.

Həmin kənddə məskunlaşan Cəbrayıl sakini, 1965-ci il təvəllüdlü Surxay Hüseyn oğlu Alməmmədov bıçaqlanıb.

Yaralı Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Surxay Alməmmədovun Ağdam rayon sakini, 2006-cı il təvəllüdlü Əsgərov Samir Ramiz oğlu tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR