Sabirabadda iki minik maşınının toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.
APA-nın Mil-Mğan bürosunun məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.
"VAZ" markalı avtomobillərinin toqquşması nəticəsində xəsarət alan kənd sakinlərinin adı aşağıdakı kimidir:
Aslanov Vahid Heybət oğlu (1963);
Aslanova Xanımzər Cavanşir qızı (1995);
Aslanova Zəkiyyə Rahil qızı (2020);
Cəfərov Cavanşir Məmmədağa oğlu (1996);
Qasımov Lətif Həşimxan oğlu (1975);
Cəfərova Hicran Ədil qızı (1967);
Vəsilov Samit Ağahüseyn oğlu (1983).
Həmin şəxslər Şirvan xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı araşdırma aparılır.
***
14.10.2023
Saat 23:15
Sabirabadda iki minik maşını toqquşub, yeddi nəfər xəsarət alıb.
APA-nın Mil-Mğan bürosunun məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.
"VAZ" markalı avtomobillərin toqquşması nəticəsində yaralanan şəxslər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.