Şabranda avtomat aşkarlanıb

Şabranda avtomat aşkarlanıb
# 30 noyabr 2023 22:20 (UTC +04:00)

Şabranda silah-sursat aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman yol kənarından 1 ədəd “AK-74” markalı avtomat, 3 ədəd patron darağı və 110 ədəd müxtəlif çaplı güllə aşkar edərək götürüblər.

Fakt üzrə Şabran RPŞ-də müvafiq araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR