Bank Of Baku

Şağanda 53 yaşlı kişi güllələnib, hadisəni törədən şəxs təslim olub - YENİLƏNİB-1

Şağanda 53 yaşlı kişi güllələnib, hadisəni törədən şəxs təslim olub - YENİLƏNİB-1
# 01 noyabr 2023 18:00 (UTC +04:00)

Bakıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanılıb.

Xəzər rayon prokurorluğundan APA-ya verilən məlumata görə, noyabrın 1-i saat 17 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Cavanşir Abdullayevin odlu silahdan açılan atəş nəticəsində ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırma zamanı 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla Cavanşir Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Pərviz Xudaverdiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

17.11

Daxili İşlər Nazirliyi Şağanda 53 yaşlı kişinin güllələnməsi ilə bağlı məlumat yayıb.

DİN-dən APA-ya verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Xudaverdiyev Pərviz Cabir oğlu saxlanılıb. O, polisə gələrək təslim olub.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

***

16.38

Noyabrın 1-də saat 16 radələrində Xəzər rayonu Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Abdullayev Cavanşir Ruhulla oğlunun “Revolver” tipli tapança ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR