Fövqəladə Hallar Nazirliyi Şahbuzda su anbarında meyit tapılması barədə məlumat yayıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının FHN-nin "112" qaynar telefon xəttinə Şahbuz rayonunda su anbarının çətin keçilən dağlıq ərazidəki sahilində aşkarlanan kişi meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit qayıq vasitəsilə su anbarının digər sahilinə gətirilərək aidiyyəti üzrə təhvil verilib.
***
17.21
Şahbuz rayonu ərazisində yerləşən su anbarında meyit aşkarlanıb.
Bu barədə APA-nın yerli bürosuna Naxçıvan FHN-dən bildirilib.
Nazirliyin "112" qaynar telefon xəttinə Şahbuz rayonu ərazisində yerləşən Heydər Əliyev su anbarında meyit aşkarlanması, nəqliyyat yolu olmadığı üçün köməyə ehtiyac olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Meyit xidmətin sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri tərəfindən qayıq vasitəsilə su anbarının nəqliyyat vasitəsinin yaxınlaşa biləcəyi sahilinə keçirilib və aidiyyatı üzrə təhvil verilib.