Salyanda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna bildirilib ki, dekabrın 7-də saat 5 radələrində Salyan rayonunun Pambıqkənd kənd sakini Şamxal Babayev aralarında yaranmış mübahisə zəminində həmkəndlisi Famil Xəlilova xəsarət yetirib.
Ş.Babayev törətdiyi cinayət əməlindən sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
04.26
Salyan sakini bıçaqlanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun Təzəkənd kənd sakini, 1981-ci il təvəllüdlü Xəlilov Famil Qalib oğlu boyun nahiyəsindən bıçaqlanıb.
F.Xəlilov boyun nahiyəsinin kəsilmiş xəsarəti ilə Şirvan şəhər xəstəxanasına çatdırılıb. Onun tanışı tərəfindən aralarında yaranmış mübahisə zəminində bıçaqlandığı bildirilir.