Bank Of Baku

Salyanda azyaşlının zorlanmasına görə 4 nəfər həbs edilib

Salyanda azyaşlının zorlanmasına görə 4 nəfər həbs edilib
# 24 fevral 2023 15:33 (UTC +04:00)

Salyan rayonunda 13 yaşlı qızın zorlanması faktı araşdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, həmin əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib.

Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Salyanın Cadırlı kəndində 13 yaşlı qızın zorlanması ilə bağlı sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, azyaşlının atası dünyasını dəyişib, ana isə xəstəxanadadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR