Şamaxıda 64 yaşlı kişi evinin həyətində ölü tapılıb.
APA xəbər verir ki, Çuxuryurd kənd sakini, 1959-cu il təvəllüdlü Əlvan Təhməzov yaşadığı evin həyətində asılı vəziyyətdə aşkar edilib.
Onun intihar etdiyi ehtimal edilir. Bildirilib ki, o, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.
Araşdırma aparılır.