Samuxda narkotik vasitənin təsiri altında avtomobil sürən şəxs saxlanılıb

Samuxda narkotik vasitənin təsiri altında avtomobil sürən şəxs saxlanılıb
# 08 dekabr 2023 07:23 (UTC +04:00)

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Samux rayonu ərazisində “Mercedes ” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən Z. Mahmudov narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub.

Z. Mahmudov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Samux Rayon Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR