Abşeronda 10 gün əvvəl maşın vuran 70 yaşlı kişi bu gün ölüb.
APA xəbər verir ki, hadisə 10 gün əvvəl Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Ələsgər Səfər oğlu Əmirxanovu “Opel” markalı maşın vurub.
Ə. Əmirxanov Sumqayıtda xəstəxanaya yerləşdirilib, göstərilən tibbi yardıma baxmayaraq, bu gün dünyasını dəyişib.
Fakt araşdırılır.