Bank Of Baku

Şəkidə 41 yaşlı kişi qətlə yetirilib, qohumu tutulub - YENİLƏNİB

Şəkidə 41 yaşlı kişi qətlə yetirilib, qohumu tutulub - YENİLƏNİB
# 26 oktyabr 2023 17:46 (UTC +04:00)

Şəkidə qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Şəki rayon prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 26-da Şəki rayon Mərkəzi xəstəxanasından rayon prokurorluğuna 1 nəfər şəxsin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Araşdırma zamanı 1988-ci il təvəllüdlü Şəki rayon Aşağı Küngüt kənd sakini Cavid İsayevin aralarında yaranmış mübahisə zamanı qohumu 1982-ci il təvəllüdlü Oğuz rayon sakini Asif Həşimovu öz avtomobilində bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Cavid İsayev istintaqa könüllü təslim olub və şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Cavid İsayev Asif Həşimovun qaynıdır. Hadisə baş verməzdən bir müddət əvvəl Cavid İsayev Asif Həşimovun yaşadığı evə gedib və onların arasında mübahisə baş verib. Daha sonra onlar Cavid İsayevin maşınında kəndin kənarına gediblər. Cavid İsayev orada Asif Həşimovu maşında bıçaqlayaraq qətlə yetirib. Daha sonra Cavid İsayev Şəki Şəhər-Rayon polis Şöbəsinə gedərək könüllü təslim olub.

***

16.46

Oktyabrın 26-da saat 16 radələrində 1982-ci il təvəllüdlü Həşimov Asif Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Şəki Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 1988-ci il təvəllüdlü İsayev Cavid Beybud oğlu könüllü olaraq polisə gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR